Accessibility links

Suriyada vəziyyət gərginləşir


Suriyada vəziyyət gərginləşir
Suriyada vəziyyət gərginləşir

Suriyanın insan hüquqları müdafiəçiləri təhlükəsizlik qüvvələrinin bir maşını atəşə tutaraq, 5 nəfərin ölümünə səbəb olduğunu bildirir. Hadisə Xəttab şəhəri yaxınlığında baş verib. Bu gün ölkə boyu zorakılıqlar nəticəsində ölənlərin sayı 25 nəfər olub.

Dünən tərəfindən təhlükəsizlik qüvvələri 24 adam öldürülmüşdü. Hücum zamanı onlarla insan yaralanmışdı.

Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəçi qrupunun bildirdiyinə görə, zorakılıqlar İdlib vilayətində baş verib.

BMT-nin İnsan Hüquqları komitəsinin rəhbəri Navi Pillay bildirib ki, mart ayından bəri təhlükəsizlik qüvvələri tərəfindən 5000-ə yaxın insanın öldürüldüyünə dair etibarlı məlumat əldə edilib. Bu açıqlama BMT-nin Təhlükəslik Şurasının Nyu-York görüşündən sonra səslənib. Suriyanın BMT-dəki səfiri bu göstəriciləri rədd edərək, məlumatın etibarsız olduğunu deyib.

Son aylar Suriyada vəziyyət daha da gərginləşib. Ordunu tərk edib, təhlükəsizlik qüvvələrinə qarşı döyüşlərə qoşulan əsgərlər tərəfindən təhlükəsizlik qüvvəsinin 8 əsgəri öldürülüb.

Ölkə boyu ümumilli tətillər isə davam edir. Fəallar prezident Bəşar Əl-Əsədin hakimiyyətinə mülki itaətsizlik yolu ilə son qoymağa çalışır.

XS
SM
MD
LG