Accessibility links

ABŞ rəsmiləri bu ay Suriyanın yaraqlılara aid bölgələrində zəhərli kimyəvi maddələrdən istigadəyə dair işarələr olduğunu bildirib.

Ağ Ev sözçüsü Cey Karni deyib ki, Kafr Zita kəndində həyata keçirilən hücumda tərkibində xlor olan sənaye kimyəvi maddəsindən istifadə olunduğu ehtimal edilir.

Kimyəvi Silahların Qadağası Təşkilatı BMT ilə birgə işləyərək Suriyanın kimyəvi başlıqları silahlarını məhv etməyə çalışır. Bu həftə təşkilat bildirib ki, kimyəvi silahların təxminən 80 faizi məhv edilib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Suriyanın keçən ili açıqladığı kimyəvi maddələr arasında xlor olmayıb.
XS
SM
MD
LG