Accessibility links

Suriya fəalları ölkənin şimalında iki şəhərdə raket hücumları nəticəsində 23 adamın öldüyünü bildirib.

Fəalların sözlərinə görə, Suriyanın hərbi vertolyotlarının raket atəşləri nəticəsində Türkiyə ilə sərhəddə Hələb vilayəti yaxınlığındakı Azaz şəhərində 10 adam həyatını itirib.

Hər iki hücum barədə qərargahı Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupu verib.

Suriyada üç il bundan əvvəl prezident Bəşar Əl-Əsədin onun hakimiyyətinə qarşı nümayişlərə ifrat güclə cavab verməsindən sonra başlamış vətəndaş müharibəsi nəticəsində 150 mindən çox insanın həyatını itirdiyi bildirilir.
XS
SM
MD
LG