Accessibility links

Suriyada zorakılıqlar ara vermir


Suriyada fəallar hökumət qüvvələrinin iki qəsəbəyə hücum etdiklərini xəbər veriblər. Rəsmi Dəməşq isə BMT atəşkəs planına əsasən qoşunları şəhərlərdən çıxardığını bildirir.

Londonda qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu bildirir ki, hökumət qüvvələri mərkəzi Həma şəhərini, şimal-qərbdə yerləşən Mareh qəsəbəsini və Homsun bəzi məhəllələrini minamyot atəşinə tutub. Qrup həmçinin bildirir ki, Türkiyənin cənub sərhədləri yaxınlığındakı Markada qəsəbəsi yaxınlığında üsyançılar 6 əsgəri öldürüblər.

Moskvada Suriya xarici işlər naziri Valid əl-Müəllim bildirib ki, onun hökuməti BMT atəşkəs planına riayət etməyə başlayıb. Eyni zamanda o, yeni tələb irəli sürüb. Əl-Müəllim atəşkəslə müşahidəçilərin bölgəyə yerləşdirilməsinin eyni vaxtda həyata keçirilməsinə çağırıb.

XS
SM
MD
LG