Accessibility links

Suriyadakı müşahidəçi missiyası hesabat hazırlayır

  • Amerikanın səsi

Suriyadakı müşahidəçi missiyası hesabat hazırlayır

Suriyadakı müşahidəçi missiyası hesabat hazırlayır

Ərəb Liqasının monitorları Suriyadakı situasiyaya dair hesabat hazırlayırlar. Hesabat müşahidəçilər missiyasının ölkəyə gəlişindən bir ay sonra hazırlanır.

Monitorinq missiyasının mandatı cümə axşamı sona çatacaq. Ərəb Liqasının xarici işlər nazirləri müşahidəçilərin hesabatını nəzərdən keçirmək üçün bazar günü bir araya gələcəklər.

Ərəb Liqası rəsmisi missiyanın mandatının uzadılacağını güman edir, çünki monitorların ölkədən çıxarılması arzuolunmaz boşluq yarada bilər.

Suriya insan haqları qrupları missiyanın effektivliyini sual altına alıblar. Onlar dekabrın 26-da müşahidəçilər Suriyaya gəldikdən bəri Bəşar əl-Əsəd hökumətinin basqıları daha da artırdığını bildirirlər.

XS
SM
MD
LG