Accessibility links

Suriyadan qaçan ailələr bir-iki günə ölkəyə qayıdacaqlarını düşünürdü (VİDEO)


Suriyadan qaçan ailələr bir-iki günə ölkəyə qayıdacaqlarını düşünürdü (VİDEO)

Suriyadan qaçan ailələr bir-iki günə ölkəyə qayıdacaqlarını düşünürdü (VİDEO)

Həsən Əl-Həsəd bir ay əvvələ qədər Suriya ordusunda leytenant olub. O, istefa verərək, sərhədi keçib, deyir ki, minlərlə başqa əsgər də eyni yolu seçib. Əl-Həsədin sözlərinə görə, onlar yeni müqavimət qüvvəsi toplayır, ancaq bu, Əsəd hökumətinə hücum etmək məqsədi daşımır.

Suriya hökumətinin 5 aydır davam edən kütləvi etiraz aksiyalarına qarşı zorakı repressiyaları minlərlə suriyalının Türkiyə və Livana pənah aparmasına səbəb olub. Onlardan bir neçə yüzü bu yaxınlarda tibbi yardım və ərzaq üçün Livandakı Vadi Xalid məscidinə sığınıb.

Suriya sərhədi yaxınlığındakı Maxtum məscidində livanlı yardım işçiləri Suriyadakı zorakılıqlardan qaçan qaçqınlara kömək etməyə çalışır.

60 yaşlı Əli Məhəmməd Əl-Kürdi buraya iki ay əvvəl içərisində bir-iki paltarı olan əl çantası ilə gəlib. Suriyalı silahlılar Məhəmmədin evində reyd keçiriblər. Onlar 5 gənc oğlanı öldürüblər.

“Rejim devrilənədək mən burada qalacam və əgər rejim devrilməsə mən özümü öldürəcəm”-deyə Məhəmməd bildirir.

Suriyadan qaçan ailələr bir-iki günə ölkəyə qayıdacaqlarını düşünürdü (VİDEO)

Suriyadan qaçan ailələr bir-iki günə ölkəyə qayıdacaqlarını düşünürdü (VİDEO)

İnsan haqları qrupları deyir ki, iğtişaşlar zamanı bu günədək 1700 insan həlak olub və 3000-ə yaxın insan isə itkin düşüb. Suriya hökumətinin bildirdiyinə görə, onlar silahlı terrorçuları təqib edirlər. Dissidentlər isə deyir ki, əlində silah olanlar yalnız hökumət qüvvələri və onların mülki qeyimliləridir.

Abdulla Tassi Bekaa Gəncləri İnkişaf və Azad Təhsil Uğrunda donor qrupunda çalışır. Onun sözlərinə görə, bu ərazidə Suriyadan təxminən 5000 qaçqın var. Abdulla deyir ki, onlar bura gələndə cəmi bir neçə gün qalacaqlarını düşünürdülər: “Ancaq günlər keçdi və indi onlar burada uzun müddət qalacaqlarını ehtimal edir. Onların bəzisi yerli sakinlərə qaynayıb-qarışmağa çalışır, bəzilər isə uzaq kəndlərə gedir”.

Qasım Əyubi mobil klinikada çalışır. O deyir ki, qaçqınların çoxunun xəstəliyi qrip və s. kimi adi xəstəliklərdir, ancaq psixoloji baxımdan onlar ciddi travma alıblar: “Onlar gərginliyi azalmayıb. Onlar psixoloji yorulublar. Onlar qorxurlar.”

A Syrian refugee looks out from a medical tent at a refugee camp in the Turkish border town of Yayladagi in Hatay province July 1, 2011

A Syrian refugee looks out from a medical tent at a refugee camp in the Turkish border town of Yayladagi in Hatay province July 1, 2011

33 yaşlı Um-Həmzə soyadını verməkdən çəkinir. O, Homs şəhərindəki evini bir ay əvvəl tərk edib, çünki onun 7 uşağı hadisələrdən dəhşətli dərəcədə qorxub. Ancaq Um-Həmzə hələ də möhkəmdir: “Biz qayıdacağıq, çünki bu bizim istəyimizdir. Biz azadlıq istəyirik. Biz başqaları kimi yaşamaq istəyirik. Buna görə təqib olunuruq. Biz üzərimizdəki zülmə son qoymaq istəyirik. Bizim çoxumuz ölə, qurban gedə bilər? Bu, problem deyil”.

Həsən Əl-Həsəd bir ay əvvələ qədər Suriya ordusunda leytenant olub. O, istefa verərək, sərhədi keçib, deyir ki, minlərlə başqa əsgər də eyni yolu seçib. Əl-Həsədin sözlərinə görə, onlar yeni müqavimət qüvvəsi toplayır, ancaq bu, Əsəd hökumətinə hücum etmək məqsədi daşımır.

İğtişaş davam etdikcə və repressiyalar intensivləşdikcə suriyalılar daha çox beynəlxalq dəstəyə, sanksiyalara və diplomatik təzyiqlərə çağırır. Ancaq onlar xarici qüvvələrin ölkəyə daxil olmasını istəmədiklərini deyir, çünki suriyalılar düşünür ki, onların inqilabı qeyri-zorakı olacaq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG