Accessibility links

Britaniya höküməti kimsəsiz qaçqın uşaqları qəbul edəcək [Video]


Britaniya höküməti kimsəsiz qaçqın uşaqları qəbul edəcək
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Britaniya höküməti kimsəsiz qaçqın uşaqları qəbul edəcək

Britaniyadakı siyasi spektrumun hər bir hissəsinə aid bir çox qanunvericidən gələn tənqidlərdən sonra Briytaniya höküməti Avropaya qaçan minlərlə kimsəsiz suriyalı uşağı qəbul etmək niyyətini sərgiləyib. Bu, 1930-cu illərdə nasistlərin təqibinə görə Britaniyada sığınacaqla təmin edilən bir sıra keçmiş yəhudi qaçqının hazırladığı kampaniyanın nəticəsidir.

O zaman da əhalinin böyük hissəsi uşaqların qaçqın olaraq gəlməsinin əleyhinə idi. İndi də eynisi yaşanır. Mən isə düşünürəm ki, dünya buna baxıb “bu uşaqlar həyatda qalmaq üçün” qaçırlar deməlidir.

İkinci Dünya Müharibəsindən aylar sonra, nasistlər yəhudilərə qarşı zülmə başladılar.

Yəhudi ailələr evlərindən qaçmaq məcburiyyətində qalanda, Birtaniya Kindertransport adlı əməliyyat adı altında bütün Avropadan 10 minə yaxın kimsəsiz uşağı qəbul etmişdi.

O uşaqlardan biri də Erik Rays idi. Onun ailəsi onu və iki böyük qardaşını tanımadıqları torpaqlarda təhlükəsizliyə göndərəndə onun cəmi 4 yaşı var idi.

“Ailəmin 11, 10 və 4 yaşlı uşaqlarının getməsinə icazə verməsi ağlasığmazdır. Mən bunu heç vaxt edə bilməzdim. Ama onlar etdilər. Amma fakt budur ki, mən indi 81 il sonra burdayam. Məncə pis deyil, eləmi?”

Rays bir daha heç bir zaman valideyinlərini görə bilməyib. Sənədlərdə atasının Auşvitsdəki konslagerə göndərildiyi bildirilir. Anasının taleyi isə naməlumdur.

Rays Londona yaxın bir yerdə qaçqın alman ailənin yanına yerləşdirilmişdi.

Suriyalı qaçqın uşaqlar
Suriyalı qaçqın uşaqlar

“Mənə yeni həyat bəxş olunmuşdu. Məni evinə alan ailə, yəhudi deyildi, amma onlar mənim təhsil almağıma imkan yaratdılar, mənim qayğıma qaldılar və müəyyən mənada məni xilas etdilər. Çünki 4 və ya 5 yaşında yanında səni sevən birisi yoxdursa, sən çox çətinlik çəkərsən”.

İndi Rays Britaniyanın Avropadan minlərlə kimsəsiz suriyalı qaçqın uşağı qəbul etməsi üçün kampaniya aparır.

“Onlar insan alverinin qurbanı olur, fahişəlik etməyə məcbur edilir. Onlar naroktik qəbul edirlər. Bu uşaqların qayğısına qalan olmadığı üçün, onların başına min oyun gəlir. Bu uşaqlar bizim kimi kimsəsizdir.”

Avropa İttifaqı rəsmiləri deyir ki, son illər ərzində 10 minə yaxın kimsəsiz uşaq yoxa çıxıb.

“Biz küçələrdə yaşayan uşaqlar görmüşük. Biz insan alverçilərinin əlinə düşən insanlar görmüşük."

Suriyalı qaçqın uşaqlar
Suriyalı qaçqın uşaqlar

Əvvəlcə Britaniya höküməti əlavə qaçıqn uşağı qəbul etməkdən imtina edərək, bunun minlərlə digər qaçqının Avropaya təhlükəli səfər etməsinə səbəb ola biləcəyini iddia edirdi. Amma London bu həftə siyasətində dəyişiklik edəcəyinin siqnalını versə də, qəbul ediləcək qaçqın uşaqların dəqiq rəqəmləri hələ də müəyyən olunmayıb.

“O zaman da əhalinin böyük hissəsi uşaqların qaçqın olaraq gəlməsinin əleyhinə idi. İndi də eynisi yaşanır. Mən isə düşünürəm ki, dünya buna baxıb “bu uşaqlar həyatda qalmaq üçün” qaçırlar deməlidir.”

Kindertransport 1939-cu ildə Raysa yeni həyat bəxş edib.

77 il sonra Rays deyir ki, Britaniya və dünya eyni mərhəməti müharibədən qaçan insanlara qarşı da sərgiləməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG