Accessibility links

Suriyalı qaçqın ailə Amerikada olmaqdan məmnundur [Video]


Beş il öncə başlayan Suriya vətəndaş müharibəsi nəticəsində əhalinin yarısından çoxu, 11 milyon insan, ya həlak olub, ya da ölkəni tərk edib. Amma əksər qaçqınların təhlükəsizlik axtarışı Suriyanı tərk edəndən sonra başlayır.

İslam adı altında bu vəhşilikləri törədən insanların İslamdan heç xəbəri yoxdur. İslam insanların öldürülməsini təşviq etmir... O insanlar isə müsəlmanları təmsil etmir.

Bu, tipik Amerika ailə mənzərəsi kimi görsənir. Lakin bu heç də belə deyil. 2011-ci ildə onlar Suriyadakı vətəndaş müharibəsindən, əllərində bir tək geyimləri ilə qaçıblar.

“Başda, müharibə bizim şəhərimiz yanında getmirdi, amma daha sonra bir şəhərdən o birisinə keçməyə başladı və bizə yaxınlaşdı. Biz artıq buna dözə bilmədiyimizi hiss etdik və elə o anda, ölkəni tərk etməli olduğumuzu anladıq.”

Vaid Əlhəmudun yoldaşı, Fadi Lababidin orada kiçik biznesi var idi və bu ona, İordaniyaya səfər edib, orada ailəsi üçün təhlükəsiz bir yer tapmağa imkan verdi. Amma ailəsinin ona qovuşması dörd cəhd və rüşvətdən sonra baş tutdu.

İordaniyada olarkən şəhərin bombalanması nəticəsində onların Suriyadakı biznesləri, evləri dağıdıldı. Ailə heç bir zaman geri dönməyəcəyini anladı. İordaniyaya qaçan minlərlə suriyalı üçün həyat çətinləşdiyi üçün, Lababidi qaçqın statusu üçün BMT-yə müraciət etdi.

“Mənim hədəfim ailəmi təhlükəsiz bir yerə aparmaq idi.”

Suriyalı qaçqın uşaqlar Surucdakı qaçqın düşərgəsində

Suriyalı qaçqın uşaqlar Surucdakı qaçqın düşərgəsində

Ailə üç ilini qeyri-müəyyənlikdə keçirib. İordaniyadakı son ilində, valideynlər hərəsi altı saat davam edən altı intervyu prosesindən keçdilər. Sonra isə gözlədikləri zəng gəldi. Exodus Qaçqın İmmiqrasiya təşkilatı onların İndianapolisə köçmələrinə yardım edəcəkdi. Onların hazırlaşmaq üçün sadəcə altı günü var idi, ingiliscə isə çox az danışa bilirdilər.

O zaman sosial xidmət qrupunda təcrübə keçən Sara Hindi onları İndianapolis hava limanında qarşıladı və onlar üçün tərcüməçilik etdi. Daha sonra o ailənin məsləhətçisi oldu.

“Mən onların Amerikada böyüyən, bir ərəb, müsəlman olaraq burada yaşayan bir dost, ailə üzvü olmaq imkanını əldə etdim,” deyə Sara bildirir.

Uşaqlar isə tez bir zamanda ingilis dilini öyrəndi və yenidən məktəbə getdikləri üçün sevinirdilər. Lababidi iş tapmışdı. Cəmiyyət isə ümumilikdə onları qəbul edib, onlara yardım əlini uzadırdı.

Sonra isə noyabr ayında Fransada terror hücumları baş verdi. Buna cavab olaraq, İndiana daxil olmaqla ştatların yarısından çoxunun qubernatoru Suriya qaçqınlarının ABŞ-a yerləşdirilmələrinin qarşısını alacaq petisiya imzaladı.

Bu problem təkcə suriyalılara aid deyil. Bu, İran, İraq, Amerika, Avropa, Livan, İordaniya hər bir millətin problemidir.

Lababidi qubernatorların qorxularını və əhalilini təhlükəsizliyini qorumaq istəklərini anladığını desə də, onların suriyalıları xüsusi vurğulamasını başa düşmür.

“Bu problem təkcə suriyalılara aid deyil. Bu, İran, İraq, Amerika, Avropa, Livan, İordaniya hər bir millətin problemidir.”

Ailə suriyalı qaçqınlar və terrorizm arasında bir əlaqə olmadığını qarşısına məqsəd qoyub. Onlar hər kəsi Alamudun çox ləzzətli ərəb qəhvəsindən içib, hekayələrini dinləməyə dəvət edir.

“İslam adı altında bu vəhşilikləri törədən insanların İslamdan heç xəbəri yoxdur. İslam insanların öldürülməsini təşviq etmir... O insanlar isə müsəlmanları təmsil etmir.”

Ailə ümid edir ki, bir gün İndiana qubernatoru Mayk Pens onların evini ziyarət edib, onların da hər hansı bir Amerika ailəsi kimi olduğunu görəcək: uşaqlar telefonda oynayır, ana mətbəxdə işləyir, ata isə evi dolandırmaq üçün əziyyət çəkir. Onların yeganə fərqi Amerika xəyalına qovuşmaq üçün çoxlu əziyyətdən keçməsidir.

XS
SM
MD
LG