Accessibility links

Suriyalı qaçqınlar üçün yeni iş planı [Video]


Cümə axşamı Avropa liderləri miqrant böhranını müzakirə etmək üçün görüş keçiriblər. Ekspert Pol Koller Avropa Birliyinin yanaşmasının səhv olduğunu və milyonlarla dolları Suriya yaxınlığındakı qaçqın düşərəglərində iş yerləri yaratmağa xəcləməli olduğunu deyir. Onun təklif etdiyi həll yolları isə bütün regionda marağa səbəb olub.

Avropanın qaçqınları qaldıqları yerlərdə işlə təmin etməsi onları Avropaya qəbul edib orada işlə təmin etməsindən daha məntiqlidir

Bu il ərzində Avropa sahillərinə 700 min miqrant gəlib. Miqrant axının azalacağı isə hələ ki gözlənilmir.

Oksford Universitetinin professoru Pol Kollierin sözlərinə görə, Almaniya kimi ölkələrin yeni gələn minlərlə miqrantı sığınacaqla təmin etməsi mənəvi baxımdan səhvdir.

“Onlar deyir ki, əgər sənin qayıqa minib, öz və səninlə gələn digər insanların həyatını riskə atıb Almaniyaya keçmək üçün qaçaqmalçıya verəcək pulun varsa, biz səni cənnətə qəbul eədəcəyik və sən burada xəyal edə biləcəyindən də yaxşı maaşlı iş tapacaqsan.”

İordaniya hökümətinin dəvəti ilə Kollier mütəmadi olaraq ölkənin Zaatari qaçqın düşərgəsini ziyarət edir. Bu düşərgədə 80 min suriyali yaşayır. Ümumilikdə isə Suriyanın qonşu ölkələrində 4 milyondan çox qaçqın var.

Suriya qaçqınları

Suriya qaçqınları

“Biz əksər qaçqınların olduğu qonşu ölkələri təhlükəsizlik və məziyyətlə təmin etməliyik. Avropanın qaçqınları qaldıqları yerlərdə işlə təmin etməsi onları Avropaya qəbul edib orada işlə təmin etməsindən daha məntiqlidir.”

Kollier deyir ki, bu cür yanaşma Suriyanı münaqişənin bitməsinə hazırlayacaq.

“Belə ki, təkcə insanlar deyil, bizneslər üçün də şərait yaradaraq, Avropa münaqişədən sonrakı Suriya iqtisadiyyatını inkişaf etdirəcək.”

İordaniyada yerləşən qaçqın düşərgəsindən 10 dəqiqəlik məsafədə böyük və boş sənaye zonası var. Ora infrastrukturla təchiz olunub və bizneslərin gəlməsini gözləyir.”

Belə ki, təkcə insanlar deyil, bizneslər üçün də şərait yaradaraq, Avropa münaqişədən sonrakı Suriya iqtisadiyyatını inkişaf etdirəcək.

Suriyalı bizneslərə şərait yaratmaqdan əlavə, Kollier iddia edir ki, bu növ sənaye zonaları Avropadan xaricə ötürüləcək işlər üçün baza ola bilər.

“Almaniya bir çox fəaliyyətini Polşaya köçürdüb. İndi isə İordaniyaya ötürə bilərlər.”

Kollier bu cür layihələrin böyük sərmaye tələb etdiyini etiraf edir. Buna baxmayaraq o, Avropanın indiki yanaşmasının maliyyə və insani xərclərinin daha yüksək olduğunu iddia edir.

XS
SM
MD
LG