Accessibility links

Suriyalı qaçqınlar ABŞ-da yeni həyata başlayır [Video]


Suriyalı qaçqınlar ABŞ-da yeni həyata başlayır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Suriyalı qaçqınlar ABŞ-da yeni həyata başlayır

Hyuston şəhəri qaçqınların yerləşdirilməsinə görə birinici yerdə gəlir.

Birləşmiş Ştatlardakı icmalar müharibə gedən ölkələrdən qaçan və aylar hətta illər boyu qaçqın düşərgələrində qalan Suriya qaçqınlarını xoş qarşılayırlar. Amma bu qaçqınlar yeni ölkədə həyata öyrəşmək problem ilə üzləşirlər.

Biz Amerika xalqına burada yeni hətaya başlamağımıza icazə verdiklərinə görə təşəkkür edirik. Bu, çox çətindir, amma biz öyrəşməyə çalışırıq.

Özünün tədricən ingilis dilini öyrənməsinə baxmayaraq, səkkiz yaşlı Yasin Nacar artıq ailəsi üçün tərcüməçilik edir.

“Məktəbdə mən hamıya ingiliscə danışa bilmədiyimi demişəm. Amma yavaş-yavaş öyrənirəm, artıq ingilis dilində danışmağı bacarıram”

Onun atası Abid Nacar ingliscə çox az danışır və hər gün uşaqları məktəbə aparmaqda çətinlik çəkir.

“Məsələn avtobus gəlir, atam da onun hara getdiyini bilmir.”

Suriyadakı zorakılıqlar başlamazdan öncə Abid Nacar Homsda inşaatçı işləyib. Müharibə başlayandan sonra o ailəsi ilə birlikdə İordaniyada qaçqın düşərgəsinə yerləşib. Orada dörd il qaldıqdan sonra onlar beynəlxalq məskunlaşdırma proqramı vasitəsilə səkkiz ay öncə buraya yerləşdiriliblər.

“Biz Amerika xalqına burada yeni hətaya başlamağımıza icazə verdiklərinə görə təşəkkür edirik. Bu, çox çətindir, amma biz öyrəşməyə çalışırıq.”

ABŞ-dakı Suriya qaçqınları
ABŞ-dakı Suriya qaçqınları

O ailəsini ətmin etmək istəyir, amma işsizdir.

“Mən iş axtarıram, amma onlar ingilis dilini bilmədiyim üçün məni işə götürə bilmədiklərini deyirlər.”

Hyuston qaçqınların yerləşdirilməsinə görə birinici yerdə gəlir. Amma burada qulağın nə qədər ispan, çin və vyetnam dilini eşitməyə öyrəşsə də, bir o qədər az insan ərəb dilində danışır.

Suriyalıların üzləşdikləri problemləri anlayan bir adam varsa, o da Ömək Şişəklidir. O bura 1997-ci ildə Suriyadan köçüb və hazırda Hyuston Suriyalılar Klubunu idarə edir.

“Birincisi, mədəniyyət fərqləri var, mədəniyyət şoku, ikincisi dil baryeri var, üçüncüsü isə ailəndən məsuliyyət daşıyırsan və pul qazanmalısan.”

Biz Suriyada qalsaq, ölərik

Şişəkli qaçqın yerləşdirmə agentliklərinin yazlnız məhdud həddə dəstəklə təmin etdiklərini deyir.

“Onların çox az malliyyəsi var və onlar bu insanları sadəcə bir neçə aylıq maliyyələşdirə bilərlər.

Amma Şişəkli qaçqınların Suriyaya dönə bilməyəcəklərini deyir. Və bunu hətta Yasin da başa düşür.

“Biz Suriyada qalsaq, ölərik.”

Nacar ailəsi digər ail üzvləri və dostlarının da yaxın zamanda onlara qovuşacaqlarına ümid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG