Accessibility links

Suriyalılar kütləvi qırğınlardan qaçır [Video]


Suriyalılar kütləvi qırğınlardan qaçır
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Rusiyanın hava hücumları və Suriya hökuməti ilə üsyançılar arasında gedən döyüşlərdən qaçan insanlar kütləvi şəkildə Türkiyə sərhəddinə axışır. BMT-nin hesabatında deyilir ki, Suriya hökuməti tərəfindən girov götürülənlər isə kütləvi şəkildə edam olunur.

Minlərlə Suriyalı hökumətin hücumlarından qaçaraq Türkiyə sərhəddinə axışır. Dəməşq Türkiyə və Səudiyyə Ərəbistanının müxalifətə dəstək məqsədilə hərbi qüvvə göndərdiyi halda hücumları intensivləşdirməklə hədələyib.

Suriyalı qaçqın: “Biz qardaşımız Rəcəb Tayyib Ərdoğandan humanitar koridoru açmasını istəyirik. Buradakı qadın və uşaqlara baxın. Onlar Rusiyanın hücumları intensivləşdirdiyi üçün qaçıblar."

Suriya insan haqları təşkilatı bildirir ki, Rusiyanın Hələb şəhərini bombalaması nəticəsində azı 10 mülki vətəndaş həlak olub. Bombardman zamanı yaralananlar Türkiyədə xəstəxanalarında müalicə olunur.

Əhməd Davudoğlu: “Təxminən 30 min suriyalı Türkiyə sərhəddində toplaşıb. Hər zaman olduğu kimi biz suriyalı qardaş və bacılarımıza sahib çıxacağıq.”

Suriyadan qaçan çox sayda miqrant Avropaya getmək üçün Türkiyəni tərk edib. Qərbi Avropanın zəngin dövlətləri bu qədər miqrantın öhdəsindən gələ bilməyəcəklərini bildirib.

Almaniya kansleri Anqela Merkel miqrant böhranını müzakirə etmək üçün oktyabrdan ayından bəri Türkiyəyə ikinci dəfə səfər edir.

Anqela Merkel: “Biz şok keçirməklə yanaşı, xüsusilə də Rusiya tərəfdən bomba hücumları nəticəsində əziyyət çəkən minlərlə insanı görüb dəhşətə gəlirik."

Məcburi köçkün olan suriyalılar soyuq və aclıqdan əziyyət çəkir, ölüm təhlükəsilə üzləşir. Yerlərini tərk etmək istəməyənləri isə dövlət həbsxanalarında dəhşətli tale gözləyir.

Paulo Pinheiro: “Məhbuslar davamlı olaraq işkəncə və döyülmələrə məruz qalır. Onlar kütləvi şəkildə saxlanılır, az miqdarda yeməklə təmin olunur. Bəziləri həbsxanalarda həyatını itirir. Kütləvi şəkildə məhbusların öldürülməsi Suriya hökumətinin insanlığa qarşı törətdiyi cinayətə sübutdur.”

Beynəlxalq müşahidəçilərin açıqladığı hesabatda deyilir ki, Suriyada beş ildir davam edən vətəndaş müharibəsi dövrü minlərlə məhbus edam edilib, ölənə qədər döyülüb, ya da hərbi münaqişə nəticəsində həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG