Accessibility links

Suriyalılar Liviya inqilabçılarına dəstək ifadə edirlər

  • Amerikanın səsi

Suriyalılar Liviya inqilabçılarına dəstək ifadə edirlər

Suriyalılar Liviya inqilabçılarına dəstək ifadə edirlər

Suriya prezidenti Bəşar əl-Əsədin əleyhdarları Homs şəhərində küçələrə axışaraq Liviya diktatoru Müəmmər Qəzzafinin ölümünü qeyd ediblər. Təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq 18 adamı öldürüblər. Qətl hallarının həmçinin Həma şəhərində qeydə alındığı deyilir.

Prezident Əsədin istefasına çağıran etirazçılar Suriyanın bir neçə şəhərində Liviya inqilabına dəstək şüarları səsləndiriblər.

Bu həftənin əvvəlində Liviya Milli Keçid Şurası rəsmən müxalifətdə olan Suriya Milli Şurasını hökumət qismində tanıyıb. Suriyalı fəallar ümid etdiklərini bildiriblər ki, öz vətənlərində də oxşar hakimiyyət dəyişikliyinin şahidi olacaqlar.

BMT xəbər verir ki, Suriyada etiraz dalğası başlanandan bəri Bəşar əl-Əsəd hökuməti 3,000-ə yaxn adam öldürüb.

Suriya rəsmiləri ölkədə cərəyan edən zorakılıqlara görə “terrorçu” qrupları təqsirləndirib.

XS
SM
MD
LG