Accessibility links

60-dan çox ölkənin diplomatı Suriyada on minlərlə insanın həyatına son qoyan zorakılıqların qarşısının alınması üçün prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı beynəlxalq təzyiqlərin artırılmasına çağırıb.

Bu gün Tokioda görüşən "Suriyanın Dostları" qrupu iqtisadi sanksiyalar və başqa təzyiq vasitələrini müzakirə edib. Tədbirdən sonra açıqlanan bəyanatda qrup aramsız qətllər, yaşayış massivlərinin bombalanması və dağıntılar, o cümlədən, insan haqlarının sistematik və qəddarcasına pozulması hallarını sərt tənqid edib.

Bugünkü toplantıya Yaponiya xarici işlər naziri Koiçiri Qemba ev sahibliyi edib. O deyib ki, beynəlxalq danışıqların güclü siyasi mesaj göndərəcəyinə ümid edir.
XS
SM
MD
LG