Accessibility links

Suriyanin istefa vermiş baş naziri: Əsəd höküməti ölkənin 30 faizinə nəzarət edir


Riad Hicab həmçinin vurğulayıb ki, hökümət mənəvi və iqtisadi tənəzzülün astanasındadır

Suriyanın sabiq baş naziri prezident Bəşər əl-Əsəd hökümətinin iqtisadi və mənəvi tənəzzülün astanasında olduğunu və ölkə ərazisinin 30 faizə qədərinə nəzarət etdiyini bildirib.

Bu ayın əvvəlində istefa verən Riad Hicab bu şərhləri bu gün ilk dəfə ictimayyət qarşısına çıxarkən verib.

Bu arada, ABŞ müdafiə naziri Leon Panetta inamla bildirib ki, Birləşmiş Ştatlar Suriya üzərində uçuşu qadağan edə bilərdi, lakin həmin “əsas qərara” ehtiyac var idi, belə bir missiynın təstiqlənməsi baş tutmayıb.

Panetta “Associated Press”-ə müsahibəsində bildirib ki, ABŞ Suriya ilə bağlı bir neçə mümkün tədbirlər planlayıb. O, uçuşlara yasaq bölgənin tətbiq olunmasının çətin olduğunu vurğulayaraq bunun əsas hədəf olmadığını deyib.
XS
SM
MD
LG