Accessibility links

Rəsmilər deyir ki, beynəlxalq müfəttişlər Suriyanın kimyəvi silah başlıqlarını zərərsizləşdirməyə başlayıb.

Hüquq-mühafizə rəsmilərinin məlumatına görə, zərərsizləşdirmə prosesi bu gün başlayıb və buraya silah istehsal edən obyekt də daxildir.

Keçən ay Suriya prezidenti Bəşar Əl-Əsəd Suriyanın BMT Təhlükəsizlik Şurasının rəsmi Dəməşqi kimyəvi silahları ləğv etməyə çağıran qətnaməsindən bir neçə həftə kimyəvi silahlara qadağa qoyan beynəlxalq konvensiyaya qoşulduğunu deyərək bildirib ki, o, bunu həyata keçirə bilər.

Müfəttişlər BMT-dən tərk-silah və təcili şəkildə 2014-cü ilin ortalarınadək Suriyanın kimyəvi silah proqramlarını məhv etmək tapşırığı alıb.
XS
SM
MD
LG