Accessibility links

Suriyanın Milli Keçid Şurası 250 adamın qətli ilə bağlı ciddi ölçülər götürülməsinə çağırıb

  • Amerikanın səsi

Suriyanın Milli Keçid Şurası 250 adamın qətli ilə bağlı ciddi ölçülər götürülməsinə çağırıb

Suriyanın Milli Keçid Şurası 250 adamın qətli ilə bağlı ciddi ölçülər götürülməsinə çağırıb

Suriyanın müxalif Milli Keçid Şurası BMT-nin Təhlükəsizlik Şurası və Ərəb Liqasını son iki gün ərzində hökumət qüvvələrinin 250 adamı qətlə yetirməsi ilə bağlı ciddi ölçülər götürülməsinə çağırıb. Şura BMT-nin təcili yığıncağına səsləyərək, Zaviya dağı, İdlib və Homsdakı qırğınlarla bağlı müzakirələr keçirilməsini tələb edib. Qurum həmin bölgələrin təhlükəsiz məntəqələr elan edilməsi və Suriya qüvvələrinin oranı tərk etməsini istəyib. Milli Keçid Şurası son 48 saat ərzində 250 adamın qətlini Suriyada baş qaldıran iğtişaşlardan bəri ən böyük kütləvi qırğın olduğunu bildirib.

Suriyanın İnsan Hüquqğuları Müşahidəsi qrupunun fəalları Amerikanın səsinə bildirib ki, qüvvələr ordunu tərk edən əsgərləri mühasirəyə alaraq, 100 nəfərinin ölümü və ya yaralanmasına səbəb olub. Digər bölgələrdə isə mülki əhalinin hədəf alındığı deyilir. Qrupun məlumatı təsdiq edilməyib. Belə ki, xarici jurnalistlərin ölkəyə daxil olmasına icazə verilmir.

Sabah Ərəb Liqasının müşahidəçi qrupu Suriyaya getməlidir. Müşahidəçi qrupunda yüzlərlə təhlükəsizlik, hüquq-mühafizə və insan hüquqları ekspertləri yer alır.

XS
SM
MD
LG