Accessibility links

Prezident Obama: Suriyada nümayişçilərə qarşı gücdən istifadə dərhal dayandırmalıdır


Prezident Obama: Suriyada nümayişçilərə qarşı gücdən istifadə dərhal dayandırmalıdır

Prezident Obama: Suriyada nümayişçilərə qarşı gücdən istifadə dərhal dayandırmalıdır

Suriyadakı hüquq müdafiəçiləri və fəallar aksiyaların başamasından sonrakı ən qanlı gündə azı 75 nəfərin öldürüldüyünü bildirir

Suriyadakı hüquq müdafiəçiləri və fəalların verdikləri məlumatlara görə, cümə günü ölkənin bir neçə şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçiləri atəşə tutması nəticəsində azı 75 nəfər həlak olub. Suriyada Mart ayında aksiyaların başamasından sonrakı ən qanlı gündə ölənlərin sayı artmaqda davam edir.

Prezident Obama növbəti dəfə gücdən istifadə olunmasını məhkum edərək deyib ki, Suriya hökumətinin nümayişçilərə qarşı "insanı dəhşətə gətirən" şəkildə zorakılıq işlətməsi dərhal dayandırılmalıdır.

Xəbər agentlikləri ölüm hadisələrinin paytaxt Dəməşqin şəhərətrafı rayonlarında, ölkənin mərkəzi hissəsində yerləşən Homs, cənubda yerləşən və bu yaxınlarda etirazlara səhnə olan Dəra regionunda baş verdiyini bildirirlər. Şahidlər və fəalların bildirdiklərinə görə bu gün təhlükəsizlik qüvvələri cümə namazından sonra ölkə boyu küçələrə çıxan minlərlə etirazçıya qarşı gözyaşardıcı qazdan və həqiqi güllədən istifadə etmişlər.

Ölkə boyu yürüşlər və nümayişlərdə prezident Bəşar Əl-Əsədin dərhal istefası tələb edilib. Bu günkü hadisələr hökumətinin 50 illik fövqəaladə vəziyyət barədə qanunun ləğvi qərarından bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG