Accessibility links

Suriyanın Hama şəhəri ətrafına tanklar yerləşdirilib


Suriyanın Hama şəhəri ətrafına tanklar yerləşdirilib
Suriyanın Hama şəhəri ətrafına tanklar yerləşdirilib

Suriyanın insan hüquqları müdafiəçiləri və sakinlərin bildirdiyinə görə, prezident Bəşar Əl-Əsəd əleyhinə nümayişlərin dağıdılması üçün Hama şəhəri ətrafına tanklar yerləşdirilib. Bu gün səhər şəhərə daxil olan qüvvələr dissidentləri həbs edib. Şəhərdə atəş səsləri eşidilib. Cümə günü bu şəhərdə on minlərlə insanın iştirakı ilə nümayiş keçirilmişdi. Bir gün sonra Əsəd Hama vilayətinin valisini vəzifəsindən kənarlaşdırıb. ABŞ və Avropa Birliyi prezident Əsəd və onun yardımçılarına qarşı nümayişçilərə göstərdikləri təzyiqlərə görə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG