Accessibility links

Suriyanın hökumət qüvvələri Dəraa şəhərinə hücum edib (Yenilənib)


Suriyanın hökumət qüvvələri Dəraa şəhərinə hücum edib (Yenilənib)

Suriyanın hökumət qüvvələri Dəraa şəhərinə hücum edib (Yenilənib)

BMT-nin baş katibi Ban Ki Mun Suriyada bəşəriyyətə qarşı cinayət törədildiyini bildirib. Bu gün Vyanada danışan baş katib Bəşar Əl-Əsəd hökumətinn mülki vətəndaşlara qarşı gücdən istifadə etməməyə çağırıb.

Suriyanın insan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, hökumət qüvvələri ötən mart ayında müxalifət hərəkatının vüsət aldığı Dəraa şəhərinə hücum edib. Britaniyada yerləşən Suriya İnsan Hüquqlarının Müşahidəsi qrupu bu gün 4 adamın öldürüldüyünü xəbər verib.
Bu arada, Çin böhranın həlli məqsədi ilə Suriyaya nümayəndə göndərir. Çinin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, xarici işlər nazirinin müavini Zai Jun Suriyada sabah olacaq. Lakin nazirlik onun kiminlə görüşəcəyinə dair məlumat verməyib.
Suriya prezidenti Bəşar Əl-Əsəd fevral ayının 26-da yeni konstitusiya ilə bağlı refendum keçiriləcəyini bəyan edib. Əsəd referendum vədini hələ yanvar ayında vermişdi. O, diqqətin çoxpartiyalı bir sistemə yönələcəyini demişdi.
Suriya hökuməti 1963-cü ildən hakimiyyətdə olan Bəs partiyasından əlavə siyasi partiyaların təşkilinə dair qanun layihəsini iyul ayında qəbul edib.
Rusiya referendum təklifini alqışlayıb. lakin Suriyanın müxalifət qrupları hökumətin vaxt qazanmağa çalışdığını bildirərək, xalqın Əsədin istefasından başqa heç bir variantı qəbul etməyəcəyini bildirib. Ağ Evin sözçüsü Cey Karni refendumu gülünc adlandırıb.

XS
SM
MD
LG