Accessibility links

Suriyanın quru qüvvələri Homsa qarşı hücum başlatıblar


Suriyanın quru qüvvələri Homsa qarşı hücum başlatıblar
Suriyanın quru qüvvələri Homsa qarşı hücum başlatıblar

Suriyanın hökumət qüvvələri Homs bölgəsinə hücumlarını davam etdirir. Bu gün Suriya ordusunun quru qüvvələri şəhirn üsyançıların nəzarətindəki hissəsini ələ keçirmək üçün hücuma keçmişlər. Homsun həmin hissəsi bir aya yaxın bir müddəddir ki, ardıcıl hava hücumlarına davam gətirib.

Bəşar Əsədin qardaşının əmrindəki, xüsusi təyinatlılardan təşkil olunmuş 4-cü moto atıcı Diviziyası ilə Homsun Baba-Əmr və başqa hisslələrində Azad Suriya Ordusu adlı üsyançılar arasında gərgin döyüşlərin getdiyi bildirilir.

Hücumlar yüzlərlə insanın ölümünə səbəb olub, minlərlə şəhər sakinini ərzaq, su və tibbi ləvazımatdan məhrum edib.İnsan hüquqları müdafiəçiləri hərbi qüvvələrin şəhərə tanklar yeritdiyini bilririr.

BMT hər gün yüzlərlə insanın döyüşlərin qurbanı olduğunu bildirir. Bir ilə yaxındır davam edən iğtişaşlar 7500 insan həyatı bahasına başa gəlib.

XS
SM
MD
LG