Accessibility links

Suriyanın Homs şəhərində 8 nəfər öldürülüb

  • Amerikanın səsi

Suriyanın Homs şəhərində 8 nəfər öldürülüb

Suriyanın Homs şəhərində 8 nəfər öldürülüb

Suriyanın insan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, Homs şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində 8 nəfər öldürülüb, bir necə adam isə xəsarət alıb. Zorakılıqlar təhlükəsizlik qüvvələrinin üzvü olduğundan şübhələnilən silahlı şəxslər tərəfindən 3 adamın öldürülməsindən bir gün sonra baş verib. Hökumət əleyhinə həmin bu aksiya zamanı bir necə adam yaralanıb. Dünən müstəqillik günü münasibəti ilə Suriyanın azadlığı çağırışı ilə kütləvi aksiyalar keçirilib. Prezident Bəşar Əl Əsədin illərlə davam edən fövqəladə vəziyyəti ləğv edəcəyinə dair vədlərinə baxmayaraq, suriyalılar aksiyalara ara vermir. İnsan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, nümayişlər zamanı 200-dən artıq insan həlak olub.

XS
SM
MD
LG