Accessibility links

Suriyanın Homs vilayətində hərbi əməliyyatlar davam edir (Yenilənib)


Suriyanın Homs vilayətində hərbi əməliyyatlar davam edir (Yenilənib)

Suriyanın Homs vilayətində hərbi əməliyyatlar davam edir (Yenilənib)

Suriya hərbi qüvvələrinin müxalifəti dəstəkləyən fərarilərə qarşı əməliyyatlarınınm davam etdiyi bir vaxt minlərlə insan yenidən nümayişlərə çıxaraq, prezident Bəşar Əl-Əssədin istefasını tələb edir.

Suriya rəsmilərinin bildridyinə görə, bu gün Homs vilayətində “terrorçular” adlandırılan hədəflərə qarşı əməliyyatlar zamanı 7 əsgər və bir polis işçisi öldürülüb. Dövlət xəbər agentliyi ölüm hadisələrinin Rastan şəhərində artıq iki gündür aparılan əməliyyatlar zamanı baş verdiyini bildirib. Əməliyyatlar zamanı bir neçə əsgərin də yaralandığı deyilir. Rastan Suriya ordusunun bu şəhərdə cəmləşən fərari dəstələrinə qarşı apardığı mübarizəyə səhnə olub.

Son hadisələr ABŞ diplomatı Robet Ford və digər amerikalı diplomatların Dəməşqdə müxalifət üzvləri ilə görüş zamanı hökumət tərəfdarları tərəfindən hücuma məruz qalmalarından və dövlət katibi Hillari Klintonun Suriya hökumətini xarici diplomatların təhlüksəziliyini qorumağa çağırmasından sonraya təsadüf edir.

XS
SM
MD
LG