Accessibility links

Suriyanın hərbi qüvvələri qərbi Rastan şəhərini bombardman edib


Suriyanın hərbi qüvvələri qərbi Rastan şəhərini bombardman edib

Suriyanın hərbi qüvvələri qərbi Rastan şəhərini bombardman edib

Suriyanın hərbi qüvvələri qərbi Rastan şəhərini bombardman edib. Şahidlərin dediyinə görə, bu qədim şəhərdə binalar dağıdılıb. İnsan hüquqları müdafiəçiləri ölənlərin sayının 41 olduğunu deyir. Ölüm hallarının çoxu Rastan şəhərində qeydə alınıb. Hökumət əsasən Homs şəhəri ətraflarını hədəf alıb. Hökumət əleyhinə nümayişlərdə indiyədək 1000-dən çox insan həlak olub. Onların 25-i uşaqdır.
10000 adam nəzarət altına alınıb. Dünən prezident Bəşar Əl-Əsədin əfv fərmanı əsasında yüzlərlə insanın azadlığa buraxıldığı bildirilir. Məlumatları təsdiq etmək mümkün deyil. Belə ki, Suriya hökuməti xarici jurnalistlərin ölkəyə daxil olmasına imkan vermir. Bu arada, Türkiyədə Suriya müxalifətinin keçirdiyi ikigünlük sammit prezident Bəşar Əl-Əsədin istefası çağırışı ilə işini başa vurub. Çağırış 300 nümayəndənin birgə bəyanatında yer alıb.

XS
SM
MD
LG