Accessibility links

Suriyanın Latakia vilayətində qızğın döyüşlər gedir

  • Amerikanın səsi

Suriyanın Latakia vilayətində hökumət qüvvələri ilə müxalif döyüşçülər arasında qızğın döyüşlər gedir. Londonda yerləşən Suriyanın İnsan Hüquqları Müşahidəsi qrupu Haffeh şəhəri və ətraflarındakı kəndlərdə döyüşlər getdiyini bildirib.15 hökumət əsgəri və 3 döyüşçünün həlak olduğu deyilir.

Suriyada atəşkəs əldə edilməsi səyləri isə nəticəsiz qalıb.Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Saud Əl-Feysıl bildirib ki, Körfəz Ölkələri Birliyi ümidini itrmək üzrədir.

Suriya bu gün bir neçə ölkənin diplomatlarının ölkədən çıxarıldığını bəyan edib. Bu addım Suriya səfirlərini xaric edən ölkələrə cavab mahiyyəti daşıyır.

Suriya hökuməti ABŞ, Britaniya, Fransa və Türkiyənin səfirləri və səfirliyin digər işçilırini ölkədən çıxarıb.

XS
SM
MD
LG