Accessibility links

Suriya şəhərlərində nümayişçilərə atəş açılıb


Suriya şəhərlərində nümayişçilərə atəş açılıb

Suriya şəhərlərində nümayişçilərə atəş açılıb

Suriyanın iki şəhərində - cənubi Dəra və liman şəhəri Latakiyada - şahidlər təhlükəsizlik qüvvələrinin küçələrə çıxmış yüzlərlə etirazçını dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiklərini bildirib. İnsident Suriyanın bir neçə hissəsində baş qaldıran nümayişlər zamanı 36 adamın öldürülməsindən sonraya təsadüf edir.

Siyasi fəallar hökumətin xəbərdarlıqlarına baxmayaraq növbəti nümayişlərə çağırıblar. Onlar cümə günü zorakılıqlarının qurbanlarının dəfn mərasimlərinin ardınca insanları küçələrə axışmağa səsləyiblər.

Şahidlər Suriya təhlükəsizlik qüvvələrinin prezident Bəşar əl-Əsəd və onun rəhbərlik etidiy hakim Bəəs partiyasına qarşı etiraz edən nümayişçilərdən 17-sinin qətlə yetirildiyini xəbər verirlər.

Suriya rəsmiləri zorakılıqların məsuliyyətini naməlum silahlı şəxslərin üzərinə atraraq cənubi Dəra şəhərində 19 polis zabitinin öldürüldüyünü bildirib.

Cümə gününün qətliamından sonra Daxili İşlər Nazirliyi açıqladığı bəyanatda təhlükəsizliyi təmin etmək üçün "amansız" olacağını bildirib.

XS
SM
MD
LG