Accessibility links

Suriyanın Həma şəhərində hökümət qüvvələrinin hücumları nəticəsində 11 adam həlak olub

  • Amerikanın səsi

Suriyanın Həma şəhərində hökümət qüvvələrinin hücumları nəticəsində 11 adam həlak olub

Suriyanın Həma şəhərində hökümət qüvvələrinin hücumları nəticəsində 11 adam həlak olub

Suriyanın müxalifət fəallarının bildirdiyinə görə, hökumət mərkəzi Həma şəhərini tanklarla mühasirəyə alıb. Daha sonra isə hökumət qüvvələrinin şəhərin mərkəz bölgəsinə hücumu nəticəsində isə 11 adam həlak olub. Bazarertəsi günü evlərə reydlər keçirilib, 20 nəfər həbs edilib. Çərşənbəaxşamı şəhər sakinləri küçələrdə barikadalar qurub, yanğınlar törətməklə əsgərlərin yolunu kəsməyə cəhd edib.

Həma Bəşar Əl-Əsədin 11 illik avtoritar hakimiyyətinə etirazların mərkəzi hesab edilir. Ötən cümə bu şəhərdə yüz minlərlə insan nümayişə çıxmışdı. Hüquq müdafiyəçiləri mart ayının ortalarından baş qaldıran iğtişaşlar səbəbi ilə indiyə qədər azı 1300 mülki adamın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyini deyirlər. Suriya hökuməti isə eyni müddət ərzində terrorçu və islamçı militantların təhlükəsizlik qüvvələrindən yüzlərlə adamı qətlə yetirdiklərini irəli sürür.

Birləşmiş Ştatların Dövlət Departamenti Suriyanı təhlükəsizlik qüvvələrini Həma və digər şəhərlərdən dərhal geri çəkməyə çağırıb.

Amnesty İnternationalın hazırladığı hesabat isə Liviya sərhəddi yaxınlığında keçən ay mülki əhaliyə qarşı törədilən qətliamın insanlığa qarşı törədilən cinayətlərə uyğun gəldiyini bildirib.

XS
SM
MD
LG