Accessibility links

Suriyanın şərqində üsyançılar rejim qüvvələrinə hücum ediblər

  • Amerikanın səsi

Dünən gecədən başlayaraq Suriyanın neft hasil edən şərq regionunda üsyançılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər cərəyan edib.

Fərat çayı sahilində yerləşən Deir əs-Zurda qumbaraatanlarala silahlanmış üsyançılar hökumət tanklarını hədəf alıblar. Bu hücum son günlərdə 10 adamın ölümünə bais olan rejim hücumlarına cavab olaraq həyata keçirilib.

“Atışmalar səhər səngiyib, amma təlafat haqda heç nə bilmirik, çünki heç kəs küçəyə çıxmağa cürət etmir,” deyə müxalifət fəalı Ğait Əbdülsalam bildirir. O, hər küçədə azı beş tankın yerləşdiyini bildirib.

XS
SM
MD
LG