Accessibility links

Suriyada qiyamçılar və hökumət qüvvələri şimalda Hələb və İdlib şəhərləri arasındakı hərbi aeroport yaxınlığında qızğın döyüşlər aparırlar.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupu Amerikanın Səsinə bildirib ki, toqquşmalarda 14 hökumət əsgəri öldürülüb, yaxud yaralanıb. Üsyançılar arasında üç ölən var.

Hələb və İdlibdə istehkamlanan üsyançılar Taftanaz hərbi aerodromunu dəfələrlə hədəf alıblar. Hər iki şəhər gündəlik qaydada hökumət qüvvələri tərəfindən bombardman olunur.

Fəallar həmçinin Dəməşqin civarlarında üsyançı mövqelərinin hökumət tərəfindən hücumlara məruz qaldığını bildirib. Həftə ərzində paytaxt ətrafında baş vermiş hücumlar yüzdən çox adamın həyatına son qoyub.

Hökumətpərəst telekanala müsahibə verən prezident Bəşar əl-Əsəd üsyanı yatırtmaq üçün bir qədər vaxt tələb olunduğunu deyib.
XS
SM
MD
LG