Accessibility links

Suriyanın Tel-Kelax şəhərində hökumət qüvvələri tərəfindən 3 nümayişçi öldürülüb

  • Amerikanın səsi

Suriyanın Tel-Kelax şəhərində hökumət qüvvələri tərəfindən 3 nümayişçi öldürülüb

Suriyanın Tel-Kelax şəhərində hökumət qüvvələri tərəfindən 3 nümayişçi öldürülüb

Şahidlərin dediyinə görə, Suriyanın Tel-Kelax şəhərində hökumət qüvvələri tərəfindən 3 nümayişçi öldürülüb. Prezident Bəşar Əl-Əsədin istefası tələbi ilə keçirilən aksiya iştirakçıları atəşə məruz qalıb. Dünən ölkə boyu hökumət əleyhinə namyişlər zamanı 6 adam öldürülüb. Zorakılıqlardan qaçmağa çalışanlar Livan sərhədlərinə doğru irəliləyir. İnsan hüquqları müdafiəçiləri ölüm hallarının Dəməşq, Dəraa və Hom şəhərlərində qeydə alındığını bildirir.Dünənki nümayişlərə daha az adamın çıxdığı deyilir. Bu isə prezidentin hərbi gücünün təsirinə işarədir. BMT-nin insan hüquqları idarəsinin sözçüsü ölənlərin sayının 700-lə 850 arasında olduğunu deyib. ABŞ və Avropa İttifaqı Surayaya qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG