Accessibility links

Suriyanın vitse-prezidenti siyasi islahatlarla bağlı milli dialoqa start verib


Suriyanın vitse-prezidenti siyasi islahatlarla bağlı milli dialoqa start verib
Suriyanın vitse-prezidenti siyasi islahatlarla bağlı milli dialoqa start verib

Suriyanın vitse-prezidenti siyasi islahatlarla bağlı milli dialoqa start verib. Fərrux Əl-Şəraa prezident Bəşar Əl-Əsədin avtoritar hakimiyyətinə etiraz olaraq aylara davam edən nümayişlərə cavab olaraq demokratik dəyişikliyə çağırıb. Vitse-prezident ikigünlük Dəməşq konfransının hər bir vətəndaşın bərabər yaşaya biləcəyi demokratik bir quruluş yaradılmasına yol açacağına ümid etdiyini deyib.

Konfransa bəzi müxalif faəlların qatılmasına baxmayaraq, Suriyanın qabaqçıl dissidentləri tədbiri boykot edib. Bəşar Əl-Əsəd keçən ay müxalifətlə dialoqa çağırmışdı. İnsan hüquqları müdafiəçiləri iğtişaşlar səbəbi ölkədə 1600 insanın həlak olduğunu bildirir.

Bu arada, ABŞ və Fransanın Suriyadakı səfirləri ölkədə sabitsizlik yaratmaq cəhdində ittiham edilib.

XS
SM
MD
LG