Accessibility links

Suriyanın dövlət telelviziyası bu həftənin əvvəllərində rəqib qüvvələrin vitse-prezident Faruq Əl-Şaranın vəzifəsini tərk etdiyinə dair iddialarının doğru olmadığını bildirib.

Məlumatda 73 yaşlı vitse-prezidentin ölkəni tərk etmədiyi deyilib. Bildirilib ki, o, əlcəzairli diplomat Laxdar Brahiminin BMT tərəfindən Suriya üzrə xüsusi nümayəndə təyin edilməsini alğışlayıb.

Qeyd edək ki, BMT-nin sabiq baş katibi Kofi Annanın bu vəzifədəki möhləti ayın axırında sona çatır.

Dünən ABŞ dövlət katibi Hillari Klinton Brahimini dəstəklədiyini bəyan edib. O, Brahiminin Suriyada təhlükəsliyi bərqərar edəcəyi və sülhə nail olcağına ümid bəslədiyini bildirib.

Suriya müxalifət fəalları deyir ki, dünən BMT ölkədə müşahidə missiyasını başa vurduqdan bir gün sonra prezident Bəşar Əl-Əsədin qüvvələri paytaxtın bir hissəsini və Hələb şəhərini ağır artileriyadan hücuma tutub.

Suriya İnsan Haqlarını Müşahidə qrupundan Amerikanın Səsinə bildiriblər ki, hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər habelə Dəməşqdəki əsas hərbi hava limanında da qeydə alınıb.

Qrupun direktoru Rami Əbd Əl-Rəhmanın Amerikanın Səsinə verdiyi məlumata görə, dünən ölkə boyu 180-dən çox insan həlak olub. O deyir ki, Dəməşq yaxınlığındakı Qatana şəhərində əlavə 65 naməlum cəsəd aşkar edilib.
XS
SM
MD
LG