Accessibility links

Suriyya hökuməti və müxalifətinin nümayəndələri arasında BMT-nin vasitəçiliyi ilə Cenevrədə bərpa olunan danışıqlarının gündəmində humanitar məsələlər yer alır.

Danışıqların ikinci günü BMT vasitəçisi Laxdar Brahimi deyib ki, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla Suriya həbsxanalarındakı minlərlə məhbusun azadlığa buraxılması da müzakirə edilir.

Cənab Brahimi jurnalistərə deyib ki, tərəflər BMT-nin Cenevrədəki ofisində eyni otaqda iki dəfə görüş keçiriblər.

Onun sözlərinə görə, Homsda humanitar vəziyyəti müzakirə edən tərəflər ümid ediblər ki, sabahadək Homsun Qədim Şəhərinə humanitar yardım konvoyu göndərmək üçün razılıq əldə olunacaq.

Dünən Suriya hökuməti və Qərbin dəstəklədiyi müxalifətin təmsilçiləri 3 ildir davam edən vətəndaş müharibəsinə son qoyulması məqsədi ilə ilk dəfə bir araya gəlib. 30 dəqiqə sürən görüş Cenevrədə keçirilib. Görüş zamanı tərəflər yalnız BMT vasitəçisi Laxdar Brahimini dinləyib.
XS
SM
MD
LG