Accessibility links

Cenevrədə olan Suriyanın hökumət və müxalifət nümayəndələri deyib ki, ölkdəə 3 ildir davam edən vətəndaş müharibəyə son qoymaq üçün keçirilən danışıqların növbəti mərhələsi heç bir irəliləyiş əldə olunmadan başa çatıb.

BMT vasitəçisi Laxdar Brahimi bu gün Suriya hökumətinin və müxalifətinin nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib.

Suriya müxalifətinin sözçüsü Loay Safi deyib ki, 5 gün davam edən danışıqlar hökumət nümayəndələrinin aqressiv davranışı nəticəsində dalana dirənib. Suriya xarici işlər nazirinin müavini Faysal Mikdadın sözlərinə görə, müxalifət danışıqlara qeri-real gündəmlə gəlib.

Hər iki tərəf növbəti danışıqların mümkün ola biləcəyini dilə gətirib.

Həm üsyançıları dəstəkləyən ABŞ, həm də hökuməti dəstəkləyən Rusiya yaranmış vəziyyəti tənqid edib.
XS
SM
MD
LG