Accessibility links

Suriyaya dair sülh planının yerinə yetirilməsi təhlükə qarşısında qalır


Dəməşq üsyançılardan yazılı qarantiya tələb edir, müxalifət buna razı olmur

BMT-nin vasitəçiliyi ilə əldə edilmiş sülh razılaşmasının şərtlərinin yerinə yetirilməsi üsyançıların əsas qrupunun hökumətin tələbini rədd etməsinə görə təhlükə qarşısındadır.

Suriya hökuməti öz qüvvələrinin şəhərlərdən çıxarılmasından öncə Suriya Azadlıq Ordusunun döyüşləri dayandıracağına dair yazılı qarantiya verməsini tələb edir.

Suriya Azadlıq ordusunun komandiri Riad Əl-Əsəd aprelin 10-na müəyyən edilmiş atəşkəs haqda razılığa hörmət ediyini, lakin silahı yerə qoymayacağını bildirib.

Bundan öncə Suriya hökuməti şəhərlərdən əsgərlərin çıxarılmasından öncə üsyançıların ciddi qarantiya verməsini istədiyini bəyan edib.

Xarici İşlər naziri Cihad Makdessi deyib ki, Suriya Ərəb Liqasının yanvar ayında missiyası zamanı baş verənlərin təkrar olmasına yol verə bilməz. Onun sözlərinə görə, hökumət öz qüvvələrini çəkdiyi halda, müxalifət silahlanıb və ətraf yerlərin nəzarətini ələ almışdır.

Bu arada, BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan açıqladığı bəyanatda bir sıra şəhərlərdə zorakılıqların artması və vəhşikliklər törədilməsi xəbərlərinin şok doğurduğunu blidirib. O bu açıqlamanı Suriyanın başlıca müxalif qrupunun ölkənin hər yerində şənbə günü çoxu mülki vətəndaş olmaqla, 130 nəfərin öldürüldüyünü bildirməsindən sonra verib.

Fəallar hücumların davam etdirilməsində Suriya hökumət qüvvələrinin günahkar olduğunu bildirib.

XS
SM
MD
LG