Accessibility links

Suriyaya hərbi müdaxilə mümkün görünmür [VIDEO]


Qətərin paytaxtı Doha şəhərində keçirilən görüşlər zamanı Suriyanın müxalifət bloku Suriya Milli Şurası hakimiyyəti daha da yaxşı təmsil etmək üçün ABŞ-ın təzyiqləri altında öz sıralarını genişləndirməyə səs verib.

Belə görünür ki, Suriya hələ bir müddət Birləşmiş Ştatların xarici siyasətində əsas prioritet olacaq.

ABŞ-ın Suriya prezidenti Bəşar əl-Əsədi əvəzləyəcək keçid hökumətini müəyyən etməyə çalışmasına baxmayaraq, Obama administrasiyası hələlik hərbi müdaxilə deyil, Suriyanın şimalını qeyri-uçuş zonası elan etməyi nəzərdən keçirirdiyini bəyan edir.

ABŞ-ın keçmiş səfiri Frank Vinsner Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən Suriyadakı hərbi müdaxiləyə dəstəyin olmadığını deyir.

“Biz hərbi yol haqda danışmamalıyıq, biz siyasi yol haqda danışmalıyıq və Suriyadakı rejimin nə dərəcədə qəddar olmasından asılı olmayaraq bu vəziyyətdən siyasi çıxış yolu aranmalıdır, problemin qısa siyasi həlli lazımdır”- deyə o bildirib.

Lakin, bəzi təhlilçilər 20 ay davam edən münaqişənin, hərbi müdaxiləni qaçılmaz edəcəyini bildirir. Prinston Universitetinin professoru Ən Meri Slader ABŞ Dövlət Departamentinin keçmiş yüksək səviyyəli rəsmisidir:

“Fikrimcə, bu, uçuşların qadağan edildiyi zonanın yaradılması demək olsa belə, Birləşmiş Ştatlar bu mərhələdə bufer zonasının olması üçün mümkün olan hər bir şeyi etməlidir”-deyə o bildirib.

Arizona Dövlət Universiteti Mak Keyn Beynəlxaq Liderlik İnstitutundan olan Kurt Volker və ABŞ-ın NATO-dakı keçmiş səfirinin dedikləri kimi, bəziləri ABŞ-ın geniş diplomatik baza yaratmalı olduğunu bildirərək, biraz da hərbi ünsürlərlə dəstək verməsini məqsədəuyğun bilirlər.

Bu uçuşa qadağa zonasının kombinasiyası ilə, hava hücumundan müdafiəni dəf edərək, Suriya daxilində zirehdən istifadəni məhdudlaşdırmaq ola bilər. Bunu etməklə Suriyadakı inqilabçılara vaxt və məkan baxımdan yardım etmək olar. Hazırda Türkiyə ilə sərhəd ərazilərdə olduğu kimi sığınacaq zonalarını genişləndirmək olar.

Türkiyədə 100,000 nəfərdən artıq qaçqının olduğu müddətdə Vaşınqton Əsədin müxalifləri tərəfindən idarə olunan Suriyanın şimalına qeyri-uçuş rejimi tətbiq etməyi nəzərdən keçirir. Lakin Visnerin fikrincə, qeyri-uçuş zonasının elan edilməsi başqa adla hərbi müdaxilənin baş verməsidir.

“Uçuşa qadağan olunmuş bölgə, digər adıyla humanitar bölgə o deməkdir ki, siz quru qoşunlardan istifadə etməlisiniz. Uçuşa qadağan olunmuş bölgə sizing müharibə aparmağınız və uçan pilotları vuraraq yerə salmağınız deməkdir. Siz hərbi əməliyyatlara cəlb olunacaqsınız”- deyə Frank Visner bildirib.

Bununla yanaşı Visner Amerika qoşunlarının Yaxın Şərqdə hər hansı bir əməliyyata cəlb olunmasını ABŞ maraqlarına qarşı açıq-aşkar təhdid törətdiyini deyir.

“Mən ümid edirəm ki, biz bu nəticəyə gəlməliyik ki, biz istədiyimizi hərbi güclə həll edə bilməyəcəyik. Biz gələcəkdə tutumlu məqsədlər üçün, xüsusilə bizim ən vacib, birbaşa və lazımlı milli maraqlarımız və təxirəsalınmaz təhlükəsizliyimiz müzakirə mövzusu olanda öz ordumuzdan istifadə etməliyik” - deyə Vinsner bildirib.

Hələlik ABŞ və onun müttəfiqləri Suriya müxalifətinin yalnız siyasi qanadına dəstək verməyə üstünlük verir.
XS
SM
MD
LG