Accessibility links

Suriyada hava hücumları nəticəsində 44 mülki vətəndaş həyatını itirib


Birləşmiş Ştatlar müxaliflərin nəzarətində olan iki qəsəbədə 44 mülki vətəndaşın ölümülə nəticələnmiş edilən hava hücumlarına görə Suriya qüvvələrinin məsuliyyət daşıdığına inanır.

Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, Suriya hərbi təyyarələrinın hava hücumu nəticəsində Maarat- Əl-Numan qəsəbəsində yerləşən bazar dağıdılıb. Digər hava hücumu isə Kafranbel yaxınlığında baş verib.

Hava hücumları prezident Bəşar Əl-Əsədin mənsub olduğu azlıqdakı Ələvilərin istinadgahı olan Latakiya vilayətində döyüşlərdən sonra keçirilib.

İki aydır qüvvəyə minən atəşkəsə baxmayaraq tərəflər arasında döyüşlər səngimir. BMT-nin vasitəçiliyi ilə Əsəd rejimi ilə aparılan danışıqlarda əsas müxalifət qrupunun çəkilməsi ölkədə siyasi həll perspektivləri sönük görünür.

Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, döyüşlərin səviyyəsinin fevral ayında əldə olunan sülh razılaşmasından sonra bir qədər azalıb.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bu həftə açıqladığı bəyanatda döyüşlərin artmasının narahat doğurduğunu bildirib. Lakin o eyni zamanda bir ərazilərdə atəşkəsə əməl olunduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG