Accessibility links

Bakı Beynəlxalq Avtovağzalı ərazisində sürüşmə olub


Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı dairəvi yoluna keçid hissədəki təpəcikdə torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində torpaq çökməsi də olub. Hazırda sürüşmə davam edir.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov Turana bildirib ki, sürüşmənin Bakı-Quba-Rusiya sərhədi magistralına keçməməsi üşün qabaqlayıcı tədbirlər görülür.

“İndi hadisə yerində Fövqəladə Hallar Nazirliyi və “Azəryolservis”in elmi tədqiqat institutunun mütəxəssisləri araşdırma aparır”, o qeyd edib.

XS
SM
MD
LG