Accessibility links

Raket anbarı yaşayış yerinə çevrilib [Video]


Nüvə hücumu, terror aksiyası, radiaktiv və ya günəş partlayışından narahatsınızsa,ABŞ-da yenicə tikilən bina sizin tələbinizi qarşılaya bilər. Kanzas ştatının Konkordiya şəhərindəki yaşayış binası bir zamanlar raketlər saxlanan yeraltı bunkerdə inşa edilib.

Kanzasın şimal bölgəsində ağır silahlanmış mühafizəçilər, zirehli maşınlar, kameralar və snayper qülləri ilk baxışda hərbi təsisatı xatırladır.

Bir zamanlar bura Atlas-qitələrarası ballistik raket anbarı olub.

Soyuq müharibə dövrünün müdafiə sisteminin tərkib hissəsi.

İnşaatçı Larri Holl bu anbarın 1965-ci ildə istismardan çıxarılması ilə satın alaraq dünyanın ən lüks yaşayış yerinə çevirib.

“Atlas F raket anbarının imkanları ilə gözəl bir yer yaratmışıq. Yenidənqurma işləri 120 milyon dollar tələb edib.”

14 mərtəbəli binada lift, 25 metrlik hovuz, kino-teatr və hətta dırmaşmaq üçün divar belə var.

Və əlbəttə ki, su anbarı və enerji mənbələri.

“Əgər rabitəni itirsək, əsas və köməkçi generatorlarmız var. Öz külək turbinlərimiz və batareya banklarımız var.”

14 mənzilli bu binada 5 il müddətində ətraf mühitlə heç bir əlaqədə olmadan yaşamaq mümkündür. Mərtələrin birində toz şəklində ərzaq malları və meyvə-tərəvəzin təzə saxlanması üçün anbar və akvaferma yer alır.

Hər birinin dəyəri 15 min dollar olan elektronik pəncərələr yeraltı dünyada olduğunuzu unutdurur.

“Nyu-Yorkda yay, payız, qış və ya bahar fəslini yaşamaq istəyirsinizsə, və ya San Fransiskoda 24 saatlıq kameralar bunu asanlıqla təmin edir.”

Bütöv mərtəbəni tutan mənzillərin dəyəri 3, yarı mərtəbəni tutanlar isə 1.5 milyon dollardan başlayır.

Mənzili nagd pula almaq üçün zəngin olmalısınız.

Bu tikilinin birincisi artıq tamamilə satılıb. İkinci binanın isə mənzillərinin əksəriyyəti alınıb.

İmkanı olanlar üçün bu mənzillər təhlükəszilik sığortası ola bilər.

XS
SM
MD
LG