Accessibility links

Suriya Azadlıq ordusunun döyüşçüləri aylardır hökumət qüvvələri və islamçı yaraqlılarla döyüşlərdə mövqelərini itirdikdən sonra yeni komandir təyin ediblər.

Qərb tərəfindən dəstəklənən Suriya Azadlıq ordusu keçmiş komandir Səlim İdrisin qeyri-effektiv olduğunu qeyd edərək, onun Abdullah Əl-Bəşirlə əvəz olunduğunu bildirib.

Suriya Milli Koalisiyasının prezidenti Əhməd Carbanın ofisi bu addımı alqışlayaraq, müxalifət qruplarının hökumət ordusu və Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılara qarşı mübarizəni davam etdirmək əzmində olduğunu bildirib.

Bu arada, ABŞ Dövlət katibi Con Kerri Suriya hökumətinin müxalifət üzərində hərbi üstünlüyünü bərqərar etməyə çalışdığını və Rusiyanın prezident Bəşar Əl-Əsədin bunu etməsinə imkan yaratdığını bildirib.

Con Kerrini Asiya səfəri zamanı müşayiət edən jurnalistlər arasında olan Amerikanın Səsinin müxbiri Skot Sternsin verdiyi məlumata görə, ABŞ Dövlət katibi beynəlxalq ictimaiyyətin danışıqlarda yaranmış vasilədən Suriyada böhranın siyasi həllini tapmaq üçün istifadə etməlidir.

Show comments

XS
SM
MD
LG