Accessibility links

Şuşanın işğalından 22 il keçir


Şuşa şəhəri (işğaldan əvvəlki görünüş)

Şuşa şəhəri (işğaldan əvvəlki görünüş)

İşğal zamanı yerli əhalinin 193 nəfəri öldürülüb, 102 nəfəri isə əlil olub

Azərbaycanım Şuşa şəhərinin işğalından 22 il keçir. Şəhər 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

Bu gün Şuşa şəhərinin sakinləri, o cümlədən çoxsaylı azərbaycanlılar şəhərin işğalı ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. Ermənistan-Azərbaycan münaqişəsində həyatını itirmiş insanların məzarlarını ziyarət edib.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə
24 900 nəfər əhali yaşayıb. İşğal zamanı yerli əhalinin 193 nəfəri öldürülüb, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində şəhərin bütün tarixi - memarlıq abidələri dağıdılıb, tikililərin əksəriyyəti məhv edilib. Yerli əhali bütünlüklə məcburi şəkildə evlərini tərk edib. Məhv edilmiş abidələr sırasında, - Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Şuşada 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki dağıdılıb.
XS
SM
MD
LG