Accessibility links

Hazırda siyasi mübahisələrin mərkəzində olan ABŞ-ın BMT-dəki səfiri Süzan Rays mühüm diplomatik danışıqlarda güclü müzakirəçi kimi tanınır.

Süzan Rays diplomatik xidmətə 1990-cı illərdə prezident Bil Klintonun xüsusi müşaviri və Ağ Evin Milli Təhlükəsizlik Şurasında Afrika şöbəsinin direktoru olduqdan sonra başlayıb.

1997-ci 2000-ci ilə qədər Rays ABŞ Dövlət katibinin Afrika məsələləri üzrə yardımçısı olub. Raysı uşaqlıqdan tanıyan və onun ailəsi ilə dost münasibətləri olan keçmiş Dövlət katibi Madlen Olbrayt onun təyinatını prezident Klintona şəxsən tövsiyə edib.

Rays bundan sonra prezident Barak Obamanın 2008-ci ildə seçki kampaniyasında milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşavir kimi çalışıb.

2009-cu ildə cənab Obamanın vəzifəsinin icrasına başlamasından sonra Rays ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə təyin edilmişdir. O bu vəzifəni tutan ilk Afrika mənşəli qadın olmuşdur. Onun bu vəzifədə olduğu müddətdə Birləşmiş Ştatlar İran və Şimali Koreyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə bilmişdi. Rays həmçinin keçən il Liviyaya hərbi müdaxilə ilə bağlı qərarın verilməsində xüsusi rol oynayıb.

Lakin Süzan Raysın ünvanına səslənən tənqidlər son zamanlar onun bu uğurlarını kölgədə qoyub. Respublikaçı qanunvericilər 48 yaşlı diplomatı Amerika ictimaiyyətinə 2012-ci ildə sentyabrın 11-də Benqazidə ABŞ səfirliyi terror hücumu deyil, kortəbii etirazlar nəticəsində hücuma məruz qaldığı ilə bağlı yanlış məlumat verməkdə günahlandırırlar.

Prezident Obamanın Süzan Raysı Hillari Klintonun yerinə dövlət katibi vəzifəsinə nominiyası verə biləcəyi fikri də respublikaçılar tərəfindən razılıqla qarşılanmayıb. Respublikaçılar onun bu vəzifəyə yaramadığını deyir.

Rays Benqazi hadisələri ilə bağlı açıqlamalarının bütünlüklə ona çatdırılmış kəşfiyyat məlumatlarına əsaslandığını bildirib. Prezident Obama Süzan Raysı müdafiə edərək, ona qarşı hücumların təəccüb doğurduğunu deyib.
XS
SM
MD
LG