Accessibility links

Misirdə qeyri-sabitlik Süveyş kanalı ilə bağlı ümidləri azaldır [Video]


Yeni Misir hökuməti Süveyş kanalını genişləndirməyi planlaşdırır

Misirlilər fironların zamanından kanallar tikirlər. Hazırda Misir Süveyş kanalını genişləndirməyi planlaşdırır. Bu plan ölkədəki iqtisadi böhranın sona çatmasına ümid yaradır. Bəzi ekspertlər isə layihənin çox bahalı olacağını və misirlilərin həyatlarını yaxşılaşdırmasının uzun vaxt aparacağını deyirlər.

163 kilometr uzunluğunda olan, Qırmızı və Aralıq dənizləri arasında yerləşən Süveyş kanalı 1869-cu ildə açılıb. Kanalın sayəsində Avropa və Asiya arasında ticarət artıb. İndi kanal illik 5 milyard dollar gəlir gətirir.

Biz konstitusiya yaratdıq və prezident seçdik, qarşıda parlament seçkiləri yaxınlaşır. Bu qurumlar tamamlandıqdan sonra Misirin üçüncü respublika dövrünə eləcə də inkişaf, reformasiya, maarifçilik və ölkədəki nizamsızlığı aradan qaldırmaq mərhələsinə daxil olduğunu deyə biləcəyik

Rəsmilər bildirir ki, ötən avqust başlayan genişlənmə layihəsi mövcud su arteriyasının yanında yeni bir yol açaraq kanaldakı nəqliyyatı ikiqat artıracaq, çünki beləcə kanal boyu iki-tərəfli yol olacaq.

Misirlilər iki prezidentin devrilməsi ilə nəticələnən ölkədəki siyasi təlatümün dördüncü ildönümünü qeyd etdiyi dövrdə bəziləri ölkənin iqtisadi və siyasi bərpaya hazır olduğunu düşünürlər.

Əmir Musa Ərəb Liqasının sabiq sədri və prezidentliyə namizəddir:

“Biz konstitusiya yaratdıq və prezident seçdik, qarşıda parlament seçkiləri yaxınlaşır. Bu qurumlar tamamlandıqdan sonra Misirin üçüncü respublika dövrünə eləcə də inkişaf, reformasiya, maarifçilik və ölkədəki nizamsızlığı aradan qaldırmaq mərhələsinə daxil olduğunu deyə biləcəyik”.

Ölkədaxili zorakılıqlar davam edir. Ötən həftə etirazlar zamanı azı 15 nəfər həlak olub.

Bəzi təhlilçilər deyir ki, kanal layihəsi kifayət qədər iş yeri yaratmayacaq, və ölkə iqtisadiyyatının bərpasını asanlaşdırmayacaq.

Süveyş kanalından keçən neft tankeri

Süveyş kanalından keçən neft tankeri

Endryu Lambert London Kral Kollecində müharibə elmi fakültəsinin donanma tarixi professorudur.

“Düşünürəm ki, ən böyük problem xərclər olacaq. Məgər qlobal gəmiçilik o qədər dinamikdir ki, kanalın genişləndirilməsindən əldə olunacaq gəlir xərclərdən artıq olsun? Kanalın özündən əldə olunan gəlirin xərclərini ötməsi vaxt apardı, çünki layihənin xərci nəzərdə tutulduğundan daha yüksək idi”.

O vaxt Süveyş kanalının inşası siyasi mübahisələr, işçi çatışmazlığı və epidemiya ucbatından on il çəkmişdi.

Lakin Misirin lideri Əbdel Fəttah əl-Sissi yeni su arteriyasının tikintisinin gələn avqust ayına qədər bitməsini istəyir. Su arteriyasının xərclərinin 8.5 milyard dollar olacağı və 2023-cü ilədək kanalın gəlirini ikiqat artıracağı gözlənilir.

Bununla belə bu layihə Misirin iş yerlərinə və milli gəlirə olan təcili təlabatını ödəməyəcək, deyə London Kral Kollecinin İslam üzrə dosenti Karol Kersten bildirir.

Layihənin təsiri uzunmüddətli olacaq və önümüzdəki 5-10 ildə Misirdə böyük dəyişikliklərə səbəb olmayacaq.

“Düşünürəm ki, iş yerləri və Misirin ümumdaxili məhsulu, yəni Misirdən keçən ticarət həcminin artırılması baxımından, bu layihənin insanların yaşayış səviyyələrinə ikinci dərəcəli təsiri olacaq. Layihənin təsiri uzunmüddətli olacaq və önümüzdəki 5-10 ildə Misirdə böyük dəyişikliklərə səbəb olmayacaq.”

Kerstern bildirir ki, Sinay yarımadasındakı təhlükə isə layihəni ləngidə bilər, çünki militantlar yarımadadakı hökümət idarələrinə hücumlarını davam etdirirlər.

O, kanal layihəsini “möhtəşəm layihə” adlandırır, çünki bu layihənin inşaatı nəzərdə tutulduğundan daha çox vaxt apara, amma sonda orijinal Süveyş kanalı kimi ölkənin rifahına xidmət edə bilər.

XS
SM
MD
LG