Accessibility links

ABŞ Milli Təhlükəsizlik müşaviri Suzan Rayz İslamabadda Pakistanın baş naziri və digər yüksək vəzifəli şəxsləri ilə terrorizmlə mübarizə və başqa məsələləri müzakirə edib.

Danışıqlar öncəsi ABŞ Dövlət Departamenti rəsmiləri bildirib ki, görüşlərə "terrorizm və Pakistan torpaqlarından qaynaqlanan yaraqlı hücumları"na dair müzakirələr də daxil ediləcək.

Xanım Rayz paytaxt İslamabadda baş nazir Nəvaz Şəriflə görüşdən sonra Pakistan liderinin ofisi danışıqları mövzusu haqqında çox qısa məlumat verərək bildirib ki, onlar ikitərəfli əlaqələr və Pakistan-ABŞ münasibətlərinin gələcəyini müzakirə ediblər.

Suzan Rayz habelə Pakistanın Ravanpindidəki hərbi başqərargahına baş çəkərək orada ordu qərargahları rəisi general Rahil Şəriflə danışıqlar aparıb.

XS
SM
MD
LG