Accessibility links

İsveçdə dörd terror şübhəlisi həbs olunub

  • Amerikanın səsi

İsveçdə dörd terror şübhəlisi həbs olunub

İsveçdə dörd terror şübhəlisi həbs olunub

İsveç polisi cənub-qərbi Qotenburq şəhərində terror hücumu planlaşdıran dörd adamı həbs etdiyini xəbər verir.

Həbslər yüzlərlə adamın Qotenburqdakı Roda Sten binasından evakuasiya edilməsindən sonra açıqlanıb. Bu binada şəhərin incəsənət sərgisi yerləşir.

İncəsənət mərkəzinin rəsmiləri polisin binada axtarış apardığını bildiriblər.

Polis həbs olunan dörd nəfər haqda əlavə məlumat verməyib.

Həbslərin 11 sentyabr hücumlarının ildönümü ilə bağlılığı aydın deyil.

XS
SM
MD
LG