Accessibility links

Nadir ağacdan alınan yağ kosmetika səhəsində möcüzələr yaradır (Video)


Svazilend dünyada ən yoxsul ölkələrdən biridir. Lakin ölkədə yeni yerli sənaye sahəsinin inkişafı kəndlilərin az da olsa, maddi vəziyətinin yaxşılaşmasına yardım edir.

Adətən deyirlər pul ağacda bitmir. Lakin Svazilend sakini Sibogil Ndzinsianın gəlir mənbəyi həyətində bitən marula ağacıdır. O, məhsulunu marula qozundan kosmetika istehsal edən yerli fabrikə satır. Fabrik marula qozunun kiloqramını 3 dollar 35 sentə alır. Həyat yoldaşı və nəvəsi ilə birlikdə yaşayan Ndzinsia ayda 37 dollar qazanır.

“Bu, o qədər də böyük pul olmasa da, ərzaq və evə lazım olan əşyaları ala bilirik. Az da olsa, fərq edir.” deyə, o bildirir.

Bir neçə il bundan əvvəl Ndzinsia marula ağacının barından içki düzəltməkdən başqa nə isə edəcəyinə inana bilməzdi. Yeni biznes haqda məsləhəti ona yaşadığı kəndin ağsaqqalı verib.

Kəndin mərkəzində yerləşən “Svezinin Sirri” adlı kosmetika fabrikində 100 faiz təbii kosmetika istehsal edilir. Tərkibində zəngin yağ olan marula qozundan bədən losyonları, sabun və dodaq balzamı hazırlanır. Zavodun kommersiya üzrə meneceri Zanil Nsibandi marula yağının gözəl yumuşaldıcı təsiri olduğunu deyir. “Bu yağ anti-oksidentlər və E vitamini ilə zəngindir ki, bu da dərinin cavanlaşmasına yardım edir. Lakin tərkibində yağ olmasına baxmayaraq, dərini yağlı etmir, onu yumşaldır. Bu yağlardan istifadə edən qadınlar dərilərinin çəkildiyini deyirlər.”

Nsibandi burada belə bir şirkətin açılmasına yardım etdiyi üçün Svaziland kraliçasına minnətdar olduğunu deyir. 2005-ci ildə burada açılan fabrik Kellogg fondu tərəfindən maliyyələşdirilib. Bu gün fabrikin 15 işçisi var. Kənddə 3 min qadın isə fabriki qoz ləpələri ilə təmin edir. Almaniya, Birləşmiş Ştatlar, Fransa marula yağlarını ən çox alan ölkələrdir.

Svazilendin paytaxtı Mbabanedəki Yaşıl aptek rəflərindəki yerli kosmetik məmulatları nümayiş etdirir. Satıcı Roz Nyembi bu kosmetik məmulatların xaricilər arasında çox populyar olduğunu deyir. “Xaricilər bu kremləri çox sevirlər. Kermləri alan əsasən onlardır. Bəzi alıcılar maruladan hazırlanmış çox sayda müxtəlif kremlər alır. Bu həm də yaxşı hədiyyədir.”

İki milyondan çox marula ağacının bitdiyi kiçik krallıq olan Svazilenddə inkişaf edən yeni sənaye bu ölkəyə parlaq gələcək gətirə bilər.

XS
SM
MD
LG