Accessibility links

Lazer nişanlı məhsullar [Video]


Lazer nişanlı məhsullar
please wait

No media source currently available

0:00 0:01:55 0:00

İsveçin silsilə supermarket mağazalarında bəzi meyvə və tərəvəzlər plastik torbalarda qablaşdırılmaq əvəzinə, onların üzərində yetişdirildiyi yer haqda məlumat və xüsusi kod yerləşdirir.

Müasir ərzaq mağazaları hazırda xüsusi stikerlərdən istifadə edir ki, həmin stikerləri supermarketlərdəki İCA cihazlarına yaxınlaşdırıb məhsul haqda məlumat almaq olur. Onlar orqanik şirin kartof və ya avakado üzərində lazer vasitəsilə ticarət nişanı qoyur.

Ərzaq distribyuteri olan Eosta piqmenti meyvə və ya tərəvəzin qabığında tez buxarlanmaq üçün aşağı enerjili karbon-dioksid lazerindən istifadə edir. Bu proses kartofun nə dadını dəyişir, nə də saxlama müddətini. “Bu çox zərif işdir, çünki qoyduğunuz işarə qabıqdan içəri keçmir. Bu, məhsulun keyfiyyətinə və dadına təsir etmir” deyə, Piter Heyq bildirir.

İCA meneceri Piter Heyq deyir ki, məhsula ticarət nişanı qoyulduqdan sonra baha başa gələn plastik qablamalara ehtiyac olmur.Əlbəttə, plastik qablamaların müsbət tərəfləri də var. Siz məhsulun istifadə tarixini, tərkibini öyrənə bilirsiniz. Lakin bəzi məhsullar üçün buna ehtiyac yoxdur. Bu, əlavə xərcdir.”

Hər məhsula nişan yerləşdirmək mümkün deyil. Məsələn, sitrus meyvələrinin qabığı bərpa olmaq qabiliyyətinə malik olduğu üçün onların üzərində lazer nişanı bir neçə saatdan sonra yoxa çıxır.

Ticarət nişanlaının qoyulması mart ayının axırına qədər davam edəcək. Qeyq deyir ki, İCA bu texnologiyadan qabığı yeyilən meyvə-tərəvəz məhsulları üçün də istifadə etməyi planlaşdırır.

Müştərilərin lazerlə nişan qoyulmuş qabıqlı məhsulları bəyənib-bəyənməməsi isə bu təcrübənin nə dərəcədə uğurlu olacağını göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG