Accessibility links

Keçən həftənin çümə günü 4 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror hücumuna etiraz olaraq, bazar günü on minlərlə insan Stokholm küçələrinə çıxıb.

Qorxu idarə edə bilməz, terror güc gələ biməz

50 minə yaxın insan qarşısında çıxış edən şəhər meri Kerin Vannqard bunları deyib: "Qorxu idarə edə bilməz, terror güc gələ biməz".

Ahlens ticarət mərkəzində yük maşınını insanların üzərinə sürənin ekstremistlərə rəğbət bəsləyən 39 yaşlı özbək olduğundan şübhələnilir.

Cümə günü həyata keçirilən hücum liberal İsveçin nüfuzuna az da olsa ləkə vura bilib.

Yük maşını ilə edilən hücumdan bir neçə saat sonra Özbəkistanda anadan olmuş şəxs həbs edilib. Sığınacaq müraciəti rədd edildikdən sonra deportasiya olunmalı olan bu özbək keçən ildən bəri yoxa çıxmışdı.

Keçən həftənin cümə günü həyata keçirilən hücumun nə məsuliyyətini üzərinə götürən var, nə də motivləri məlumdur.

Polis hücumda əli olan ikinci şəxsin də həbs edildiyini desə də, əlavə məlumat verməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG