Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Syerra Leonenin rəsmən Eboladan azad olduğunu elan edib. Təşkilat bu elanı 42 gün ərzində xəstəliyin yeni halının qeydə alınmadığından sonra verib.

Təşkilatın bu elanı son bir neçə ildə 4 min insanın həyatını itirdiyi qərbi Afrika ölkəsində uzun müddətdir gözlənilirdi.

Syerra Leone hökumətində milli səhiyyə məsələləri üzrə koordinatoru Abdulla Bayraytay bu münasibətlər ölkədə təntənəli təbdilərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O həmçinin xəstəlik səbəbi ilə həyatını itirən insanların da xatirəsinin anılacağını deyib.

Abdulla Bayraytay deyib ki, hökumət vətəndaşlara sayıqlıq göstərməyə və Ebola xəstəliyinin qarşısının alınması protokollarına əməl etməyə davam etməyə çağırıb.

O həmçinin bildirib ki, Syerra Leone keçən həftə üç yeni Ebola halının qeyd edildiyini Qvineya ilə sərhəddə yoxlamaları intensivləşdirib.

XS
SM
MD
LG