Accessibility links

Suriya hökumət qüvvələri Dəməşqin civarlarına hücum edir


Fəalların sözlərinə görə Suriya hökumət qüvvələri Dəməşq şəhərinın civarlarına hücum edərək bir neçə insanı dağıntılar alıtında qoyub.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu hərbi qüvvələrin Barzeh rayonunu bombardman edib. Bu ərazidə prezident Bəşar Əl-Əsədi devirmək istəyən üsyançıların fəaliyyət göstərdiyi deyilir.

Associated Press məlumat verib ki, yaşayış ərazisinə atılan raketlər bir neçə insanın ölümünə səbəb olub.

Suriya hökuməti ölkənin əksər hissələrində xarici müxbirlərin fəaliyyət göstərməsinə icazə vermir. Bu isə öz növbəsində məlumatın təsdiqlənməsini çətinləşdirir.

Üsyançıların ölkənin başlıca regionlarını uğurla ələ keçirməsinə baxmayaraq, cənab Əsədin hərbi qüvvələri ölkənin paytaxtına nəzarəti əllərində saxlamaqda davam edir.

Suriyada münaqişə 2011-ci ilin mart ayında dinc nümayişlərlə başlayıb. Lakin o zamandan bəri qarşıdurma vətəndaş müharibəsinə çevrilib. BMT-nin hesablamalarına görə müharibə başlanandan bəri ölkədə təxminən 70 min insan həyatını itirib.
XS
SM
MD
LG