Accessibility links

Səudiyyə Ərəbistanı Suriyada missiyadan müşahidəçilərini çıxarmağı planlaşdırır

  • Amerikanın səsi

Səudiyyə Ərəbistanı Suriyada missiyadan müşahidəçilərini çıxarmağı planlaşdırır

Səudiyyə Ərəbistanı Suriyada missiyadan müşahidəçilərini çıxarmağı planlaşdırır

Səudiyyə Ərəbistanı Suriya hökumətinin Ərəb Liqasının nümayişlərin dağıdılmasına son qoyulmasına dair planına hörmətsizlik göstərildiyinə görə Suriyadan müşahidəçilərini çıxaracağını bildirir.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Şahzadə Səud ƏL-Feysəl Suriyadan müşahidəçilərin çıxarılacağını Qahirədə Ərəb Liqasının xarici işlər nazirlərinin görüşündə elan edib. Xarici İşlər nazirləri keçən ay hökumətin sülh planına əməl etdiyini monitorinq etmək üçün Suriyaya göndərilmiş 165 nəfərlik müşahidəçi missiyasının davam etdirilib-etdirilməməsi məsələsini müzakirə edir. Müşahidəçi missiyasının mandatı çərşənbə axşamı günü bitir.

Bu gün daha öncə Ərəb Liqasının Suriyada böhranla məşğul olan xarici işlər nazirlərindən ibarət komitəsi müşahidəçi missiyasının monitorinq müddətinin daha bir ay uzadılması və müşahidiçələrin sayının artırılmasını tövsiyə etmişdi. Lakin Ərəb Liqasının missiyası Suriya müxalifət fəallarının kəskin tənqidlərinə səbəb olmuşdur. Fəallar rəsmi Dəməşqi müşahidəçiləri aldatmaqda və onların ölkədə olmasından istifadə edərək, hökumət əleyhdarı nümayişçilər və üsyançılara hücumları instensivləşdirməkdə ittiham edir.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri zorakılığa son qoymaq üçün Suriya prezidenti Bəşar Əl-Əsədə təzyiqləri artırmağa çağırıb. O, müsəlman ölkələri, həmçinin Çin, Rusiya, Avropa və Birləşmiş Ştatları bu səylərdə rol oynamağa səsləyib. Səudiyyə Ərəbistanı prezident Əsədin 11 illik avtokratik idarəçiliyə qarşı üsyanı yatırmasına görə onun ərəb dünyasında ən qızğın tənqidçisidir.

XS
SM
MD
LG